Məlumat
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Yeni informasiya texnologiyalarının tətbiqi əsasında söz və fikir azadlığının gerçəkləşməsi üçün effektiv mexanizmlərin yaradılması” Layihəsi gerçəkləşdirilir.
Layihə çərçivəsində gənc Jurnalistlər üçün “Blog sistemindən istifadə Qaydaları” mövzusunda Seminarlar keçiriləcək.
Seminarlarda aşağıdakı mövzular öyrədiləcək.
1. Blog haqqında ümumi məlumat.
– Blog nədir ?
– Blogun quraşdırılması və işə salınması.
– Blogda etika qaydaları
– Blogun indeksləşməsi
– Anonimlik
2. Geniş yayılmış mövcud Bloglar haqqında , həmçinin Blog üçün alətlər haqqında məlumat və onlardan istifadə qaydaları . Praktiki məşğələ
Seminarlarda iştirak etmək istəyənlərin kompüterlə , həmçinin İnternetlə işləmək bacarığı olmalıdır.
Yerlərin sayı məhdud olduğundan Seminarda iştirak etmək istəyənlər 10 noyabr tarixədək Multimedia Mərkəzinə müraciət edə bilərlər. Müraciətin e-mail vasitəsilə göndərilməsi tövsiyə olunur.
Layihə ACİ-Yardım Fondu tərəfindən dəstəklənir
Multimedia Mərkəzi
492-44-44
www.cit.az
info@cit.az
Onlayn Media Müsabiqəsi təşkil olunur. Müsabiqəyə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq.