Diqqət !
“İnformasiya Cəmiyyətinin Jurnalistli” Layihəsi həyata keçirilməyə başlanıb.
Layihə Multimedia Mərkəzi, Azərcell, ULTRA və HP şirkətləri tərəfindən gerçəkləşdirilir.
Layihənin keçirilməsində məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını cəmiyyətə çatdırmaq, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihənin qarşısında duran vəzifələr
1. İctimaiyyətin, dövlət orqanlarının və medianın diqqətini İnformasiya Cəmiyyəti quruculuğuna, bu sahədəki problemlərə və onların aradan qaldırılması yollarına cəlb etmək.
2. Jurnalistləri İKT ilə, İnformasiya Cəmiyyəti ilə bağlı dünyada və ölkədə gedən ən yeni proseslərlə tanış etmək.
3. İnformasiya Cəmiyyətinin Jurnalistlərini hazırlamaq.
Həyata keçiriləcək tədbirlər
2. İnformasiya Cəmiyyəti sahəsində ən yaxşı Jurnalistlərin Müsabiqəsinin keçirilməsi
Multimedia Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
www.cit.az
Tel. 492 44 44.
info@cit.az
Onlayn Media Müsabiqəsi təşkil olunur. Müsabiqəyə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq.