Multimedi Mərkəzi Jurnalistlər üçün treninqlər təşkil edir. Treninqlər “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində həyata keçirilir.
Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.
Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və bu sahədə çalışan gənc Jurnalistlər iştirak edə bilərlər.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
Treninq iştirakçılarına sertifikatlar veriləcək.
Cəmi 5 Treninqin keçirilməsi nəzərdə tutulur.
Treninqlər Amerika Azərbaycan Mərkəzində 15 dekabrdan 23 dekabra kimi 5 iş günü ərzində hər gün 4 saat olmaqla keçiriləcək.
Ətraflı məlumat cit.az saytında yerləşdirilib.
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
Mob: 051 728 86 28
www.cit.az
multimedia@cit.az
aybaniz.valiyeva@gmail.com
Onlayn Media Müsabiqəsi təşkil olunur. Müsabiqəyə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq.