Layihənin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını cəmiyyətə çatdırmaq, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər, ekspertlər və alimlər tərəfindən aparılacaq.
Cəmi 5 Treninqin keçirilməsi nəzərdə tutulur.
Treninqlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və media sahəsində çalışan gənc Jurnalistlər iştirak edə bilərlər.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
Treninqlər həftə içi hər gün saat 15.00 – 18.00- dək keçiriləcək.
Treninq iştirakçılarına sertifikat verilecek.
Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
Mob: 051 728 86 28
www.cit.az
multimedia@cit.az
aybaniz.valiyeva@gmail.com
Onlayn Media Müsabiqəsi təşkil olunur. Müsabiqəyə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq.