Multimedia Mərkəzi 29 fevral 2012-ci ildə, saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirəcək.
Tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə keçirilən Müsabiqənin qaliblərinə Diplomlar və hədiyyələr təqdim olunacaq.
Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə gerçəkləşdirilir.
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az
Onlayn Media Müsabiqəsi təşkil olunur. Müsabiqəyə İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-min müxtəlif sahələrdə tətbiqinə aid, elektron hökumət quruculuğu ilə bağlı onlayn media subyektlərində dərc olunan yazılar təqdim olunacaq.
Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq.