t: (+99412) 492 44 44

Müsabiqə Qaydaları

2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən  İnformasiya Cəmiyyətinin Jurnalisti Proqramı həyata keçirilir.  Proqram çərçivəsində müxtəlif  jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur.

Cari ildə də Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi həyata keçirilir və “Onlayn Media” müsabiqəsi təşkil olunur.

Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan jurnalistlər iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar)  və s) dərc olunması vacibdir.

Yazı mətninin həcmi 4.500 – 5.500 işarə arasında olmalıdır. Müsabiqəyə 01 sentyabr 2014-cü ildən  15 noyabr  2014-cü il  tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2014-cü il tarixədək həyata keçiriləcək.

Qanuna zidd məlumatlar yerləşdirilən,  milli əxlaq və ənənələrə uyğun olmayan yazılar  müsabiqəyə buraxılmır.

Qiymətləndirmə, nəticələrin elan olunması və mükafatlandırılma mərasimi noyabr ayının sonuna planlaşdırılır.

Başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam məqsədilə hazırlanan materiallar qəbul edilmir.

Müsabiqəyə təqdim olunan materialın orjinalı Azərbaycan dillində çap edilmiş olmalıdır.

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Münsiflərin verdiyi ballar əsasında ümumi bal çıxarılır. Münsiflər Heyətinin verdiyi qərar həlledicidir və appelyasiya qəbul edilmir.

Bir Münsif üzvünün verdiyi səslərin digər üzv tərəfindən görülməsinə imkan verilmir.

Münsiflər Heyəti üzvlərinə aidiyyatı olan yazılar  müsabiqəyə buraxılmır.

Müsabiqədə toplanan balların sayından asılı olaraq 1-ci , 2-ci və 3-cü yerlərin qalibləri müəyyən olunur.

Qalib gələn yazılar Layihənin saytında (www.telim.org) dərc olunur.

Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Təşkilatçılar tərəfindən informasiya cəmiyyətinin digər xüsusi nominasiyaları da müəyyən oluna bilər.

Müsabiqənin təxmini mövzuları:

1. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu;

2.Ölkidə İKT -nin, mobil texnologiyaların inkişafı;

3.Elektron hökumət və vətəndaş cəmiyyəti;

4.Elektron xidmətlərin analizi;

5.Elektron xidmətlərə keçid;

6.Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.) elektron xidmətlərin analizi;

7.Elektron hökumət sahəsində qanunvericiliyin təhlili;

8.Elektron hökumət və informasiya təhlükəsizliyi;

9.Vətəndaşlar elektron hökumətə hazırdırlarmı;

10.Onlayn və offlayn xidmətlərin təsnifatı. İctimai və sosial əhəmiyyətli xidmətlər;

11.Açıq hökumət təşəbbüsü;

12.Elektron xidmətlər və sosial media;

Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır:

- Müsabiqəyə təqdim olunan yazının onlayn resursdakı  linki və text formatda fayl.

- İnformasiya subyektinin adı və dərc olunma  tarixi qeyd olunmaqla Müsabiqə iştirakçısı haqqında məlumat (telim.org saytında qeydiyyat bölməsində xüsusi formada doldurulur).

Təqdim olunmuş yazılar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:

- materialın mövzuya aidliyi;

- jurnalistin sahə üzrə peşəkarlığı;

- materialın aktuallığı;

- sosial əhəmiyyəti;

- obyektivliyi;

- dolğunluğu və əhatəlilik;

- sosial mediada paylaşmaq imkanı və s .

Bu Müsabiqə çərçivəsində ilk dəfə olaraq Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri- mikrobloqçular olacaq.
Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 15 noyabr 2014-cü il tarixədək  müddətdə yalnız #ehokumet həştəqi vasitəsilə yazılmalıdır:

Həmçinin layihə çərçivəsində tələbələr arasında Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil,  distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini  Twitter şəbəkəsində açıqlayırlar.  Müsabiqə çərçivəsində olan bu cür tvitlər 15 sentyabrdan 15 noyabr 2014-cü il tarixədək müddətdə   #etehsil həştəqi ilə yazılmalıdır.
Tvitlər  aşağıdakı prinsiplər əsasında qiymətləndiriləcək :

-          faydalılıq

-          ictimai əhəmiyyət kəsb etməsi

-          retvit və favorite olunma göstəricisi

-          mikrobloqçunun məhsuldarlığı

-          digər sosial media vasitələrinə inteqarsiya

-          və s.

Müsabiqənin Münsiflər heyəti  ölkənin tanınmış İT və yeni media mütəxəssisləri, media kspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılır.

Geniş məlumat:  www.telim.org

“Multimedia” Mərkəzi

AZ1001, Bakı, M. Əfəndiyev k. 5

Tel. 012492 44 44.

www.telim.org

multimedia@cit.az